Premyer Liqanın bombardirinə mükafat təqdim edildi FOTO

16:27 - 18 May 2016

Hari Keyn "Qızıl buts" mükafatı aldı

 

İngiltərə Premyer Liqasında 2015/2016-cı il mövsümünün ən məhsuldar futbolçusu“Tottenhem”in forvardı Hari Keyn olub.

 

Sportal.az xəbər verir ki, bu mövsüm 25 qol vuran gənc hücumçu "Qızıl buts" mükafatına layiq görülüb. İngiltərə milli komandasının üzvünə mükafat təqdim olunub. 23 yaşlı futbolçu ən yaxın izləyiciləri "Mançester Siti"dən Serxio Aquero (24 qol), "Lester"dən Ceymi Vardini (24 qol) qabaqlayıb.

 

Xəbər xətti