Finalın adı Portuqaliya - İspaniya
Azərbaycanda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatında bu gün yarımfinal görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, yarımfinal cütlüyündə Almaniya İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı Azərbaycan əsilli hücumçusu Renat Dadaşovun qoluna sevinən Almaniya yığması açıb. Amma matçın sonlarında iki qol vuran ispanlar əzmkar qələbə sayəsində finala çıxıblar.
Beləliklə, mayın 21-də "Bakcell Arena"da keçiriləcək final oyununda Portuqaliya ilə İspaniya üz-üzə gələcək.
saytlarin hazirlanmasi