"Belə olan halda mən aşkar favorit və daha güclü olan Şotlandiya "Seltik”ini seçərdim"
Bosniya və Hersoqovina çempionu "Zrinski”nin baş məşqçisi Vinko Marinoviç yerli mətbuata maraqalı açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasının təsnifat mərhələsində səfərə yollanmaq istəmədikləri ölkələrin adını açıqlayıb.
"Açığı, hazırda potensial rəqiblərimizin hansı komandalar olduğundan xəbərdar deyiləm. İstənilən halda – uzaqda yerləşən ölkələrə Azərbaycan və Qazaxıstan kimi ölkələrə yollanmaqdan qaçmaq istərdim. Düşünürəm ki, bu bizim üçün hər hansı üstünlük olmayacaq. Belə olan halda mən aşkar favorit və daha güclü olan Şotlandiya "Seltik”ini seçərdim”.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında Premyer Liqamızın 2015/16 mövsümünün qalibi "Qarabağ” təmsil edəcək. Ağdam klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.
saytlarin hazirlanmasi