Heyətdə itki yoxdur
Premyer Liqamızda mövsümün sonuncu turunda "Rəvan"la səfərdə vacib matça çıxacaq "Xəzər Lənkəran" dünəndən bu oyunun hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdur. Cənub təmsilçisi tam heyətlə qarşılaşmaya hazırlaşır. Qeyd edək ki, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Xəzər Lənkəran" bu qarşılaşmada "Rəvan"a yalnız qalib gələcəyi təqdirdə sonuncu pillədən qurtulacaq.
Qarşılaşma sabah saat 17:00-da "Bayıl Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi