"Mançester Siti"nin futbolçusu mərc oyunlarında iştirak etdiyinə görə cəzalandırıldı

01:53 - 19 May 2016

22 min funt sterlinq ödəyəcək
 
İngiltərə Futbol Federasiyası "Mançester Siti”nin müdafiəçisi Martin Demişelisi cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna səbəb isə Argentina millisinin üzvünün mərc oyunlarında iştirak etməsi olub. Belə ki, 35 yaşlı futbolçunun bu ilin 22-28 yanvar aralığı tarixində 12 oyuna pul yatırımı edib. Futbolçu bu hərəkətinə görə İngiltərə Futbol Federasiyası tərəfindən 22 000 funt-sterlinq məbləğində cərimələnib. 
 
Qeyd edək ki, İngiltərədə 2014/15 mövsümündən bu yana hər hansı futbolçu və ya məşqçinin  mərc oyunlarında iştirakı qadağan edilib. 

Xəbər xətti