Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşçqisi Yurgen Klopp oyunsonrası mətbuat konfransında məğlubiyyətə belə şərh verib:
"Səmimi olmaq lazımdırsa, oyundan narazı qaldım. Möhtəşəm bir qol vurduq, şans da bizdən yana idi. İkinci hissənin əvvəllərində qapımızda qol gördük. Qol buraxmaq problem deyildi, ancaq bu qoldan sonra olanlar bizim üçün başağrısı oldu. Oyun üslubumuzu itirdik, müdafiə oluna bilmədik, komandada gərginlik var idi. Asanlıqla qollar buraxdıq. İrəliyə baxmalıyıq. Bu zərbədən dərs alıb daha güclü olmalıyıq. Ancaq bu gecə mənim üçün xəyal qırıqlığı idi. Nəticəyə görə məsuliyyəti mən daşıyıram, komandam haqda heç bir tənqidi qəbul etmirəm. Stadionda heç kim hesabı dəyişdirəcəyimizə inanmadı. Vəziyyəti dəyişdirəcəyimə inandığım bir neçə dəqiqə var idi, ancaq vaxt kifayət qədər deyildi".