Bu gün püşkatma mərasimi keçiriləcək
Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin də çıxış edəcəyi mundialda qrupların tərkibi bu gün təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.
DÇ-da çıxış edəcək 24 milli komanda 4 səbətə bölünüb. Tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanan Azərbaycan millisi sonuncu səbətdə yer alıb.
Qeyd edək ki, püşkatma mərasimi 19-dan 20-nə keçən gecə Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.
Xatırladaq ki, Kolumbiyada keçiriləcək mundial bu ilin sentyabr ayının 10-dan oktyabrın 1-dək keçiriləcək.
saytlarin hazirlanmasi