35 yaşlı futbolçu Avropa Liqasının bombardiri oldu

11:57 - 19 May 2016

Aduris Avropa Liqasının bombardiri oldu
 
Avropa Liqasında 2015/2016 mövsümünün bombardiri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, "Atletik" Bilbaonun hücumçusu Arits Aduris 11 oyuna 10 qol vuraraq turnirin bombardiri olub.
 
Bundan əlavə, 35 yaşlı forvard Avropa Liqasında bombardir olan yaşlı futbolçu kimi də tarixə düşüb. Bundan əvvəl "Nyukasl"ın hücumçusu Alan Şirer 34 yaşla bu göstəricidə hamını qabaqlayırdı..
 
Avropa Liqasının 2015/16 mövsümündə ən çox qol vuran futbolçular:
 
Arits Aduris ("Atletik" Bilbao) - 10 qol
Sedrik Bakambu ("Vilyareal") - 9 qol
Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund) - 8 qol
Kevin Qameyro ("Sevilya") - 8 qol

Xəbər xətti