Vaqif Cavadovun sabiq komandasını ikinci diviziona göndərdilər

14:14 - 19 May 2016

"Tvente"yə ağır cəza
 
Hollandiya Futbol Federasiyası "Tvente" klubunu növbəti dəfə cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna klubun sponsoru olan “Doyen Sports”la müqavilədə qayda pozuntularına yol verməsi səbəb olub.
 
Ötən ilin dekabrında "Tvente"ni 3 il müddətinə avrokuboklardan kənarlaşdıran federasiyanın bu dəfəki cəzası daha ağır olub.
 
Futbolçuların transferi zamanı qaydalara riayət eyməyən "Tvente" II diviziona göndərilib. Bundan əlavə, klub 45250 avro məbləğində də cərimə olunub.
 
Xatırladaq ki,  "Qarabağ" avrokuboklarda "Tvente"yə iki dəfə rəqib olub, eləcə də "Sumqayt"ın hücumçusu Vaqif Cavadov bu komandada çıxış edib.

Xəbər xətti