"Ümid edirəm ki, Azərbaycan millisini yenə məğlub edəcəyik"

14:58 - 19 May 2016

"Hər iki matçda yaxşı oyun sərgiləyəcyimizə inanıram"
 
Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski Azərbaycan və İran millisi ilə keçiriləcəkləri yoldaşlıq oyunu haqda danışıb.
 
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis millimizin oyununa bələd olduğunu bildirib:
 
"Hər iki matçda yaxşı oyun sərgiləyəcyimizə inanıram. Azərbaycan millisinə yaxşı bələdəm. Bu yığma ilə daha əvvəl də qarşılaşmışdıq. Həmin oyunda Azərbaycanı məğlub etmişdik. Ümid edirəm ki, həmin uğuru bu matçda da təkrarlayacağıq. Mənim istəyim odur ki, uzun müddət birlikdə oynayan komanda qurum. Heyətimizdə olan gənc və təcrübəli futbolçulara güvənirəm".
 
Qeyd edək ki, Makedoniya millisi yığmamızla 29 may, İranla isə 2 iyun üz-üzə gələcək.

Xəbər xətti