Şahin Diniyev: "Meydana 3 xal üçün çıxacağıq"

17:39 - 19 May 2016

"Nəyə nail olacağımızı oyun göstərəcək"

 

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, çempionatda sonuncu - 36-cı turun mərkəzi görüşündə "Kəpəz" Gəncədə Qəbələnin eyniadlı klubunu qəbul edəcək.

 

Mövsümün son oyunu ilə bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: “Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir. Bu səbəbdən həm “Kəpəz” – “Qəbələ”, həm də “İnter” – “Zirə” oyunları vacibdir. Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq”.

Xəbər xətti