Messi, Neymar və Suares Türkiyəyə gəlir

23:37 - 19 May 2016

Antalyda xüsusi matç
 
Dünya futbolunun bir çox ulduzu "Antalyaspor"un oyunçusu Samuel Eto'onun adını daşıyan vəqfin 10-cu ildönümü ilə əlaqədar Türkiyəyə gedəcək.
 
Sportal.az xəbər verir ki, bununla bağlı Antalyada özəl matç keçiriləcək. Sözügedən oyunda Messi, Neymar, Suares, Maradona, Hazard, İnyesta, Demba Ba, Droqba və Arda Turanın yer alacağı dünya komandası  Türkiyə futbolçulardan ibarət komanda ilə üz-üzə gələcək.
 
Qarşılaşma iyulun 16-ı "Antalya Arena"da keçiriləcək.

Xəbər xətti