"Zirə"nin futbolçusu "İnter"lə matçı buraxa bilər

00:34 - 20 May 2016

Mütəllimov zədəlidir
 
Premyer Liqamızda mövsümün sonuncu - 36-cı turunda gümüş medalları təmin edən "Zirə" səfərdə "İnter"in qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, "Zirə"nin gənc müdafiəçisi Tellur Mütəllimov zədə səbəbindən bu matçı buraxa bilər. belə ki, ayağında ağrılar olan futbolçuya məşqçilər heyətinin risk edib bu qarşılaşma şans verəcəyi real görünmür. Onu da qeyd edək ki, gənc müdafiəçi 21 yaşlılardan ibarət millimizin Sloveniya toplanışına da dəvət alıb.
 

Xəbər xətti