İran, İspaniya və Mərakeşlə eyni qrupda
Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, tarixində ilk dəfə munidala vəsiqə qazanan Azərbaycan millisi F qrupunda yer alıb. Komandamız İran, 2012-ci il dünya çempionatının finalçısı və ikiqat dünya çempionu (2000, 2004) İspaniya və Mərakeşlə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək.
Qrupların tərkibi:
A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu: Tayland, Rusiya, Kuba, Misir
C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika
F qrupu: İran, İspaniya, Mərakeş, Azərbaycan
saytlarin hazirlanmasi