Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

11:38 - 20 May 2016

Hər üç matçımız 03:00-da baş tutacaq
 
Futzal üzrə DÇ 2016-nın final mərhələsinin təqvimi açıqlanıb.
 
Sportal.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan milli komandasının oyunlarının da vaxtı bəlli olub. 
 
Kolumbiyada keçiriləcək yarışa sentyabrın 12-də başlayacaq komandamız sentyabrın 13-də Bakı vaxtı ilə saat 03:00-da Mərakeşlə üz-üzə gələcək. 15 sentyabr millimiz eyni vaxtda İspaniya ilə qarşılaşacaq. Yığma komandamız qrupda son matçını sentyabrın 18-i Bakı vaxtı ilə saat 03:00-da İranla keçirəcək.
 
Millimiz qrupdakı hər 3 matçını Medelyin şəhərindəki "Kolizeo Kubierto Mayor” arenasında keçirəcək.

Xəbər xətti