"Azərbaycan Avropanın ən yaxşı yığmalarından biridir"
İspaniya futzal yığmasının baş məşqçisi Xose Venansio dünya çempionatının püşkünü dəyərləndirib.
Sportal.az sport.es-ə istinadən xəbər verir ki, Venansio Azərbaycan millisinin Avropanın ən güclülərindən biri olaraq adlandırıb:
"İran millisi haqda çox danımağa ehtiyac yoxdur. Onların gücünə yaxşı bələdik. Azərbaycan və Mərakeş də yaxşı yığmalardır. Azərbaycan Avropanın ən yaxşı yığmalarından biridir. Azərbaycan və Mərakeş qrupda sürpriz edə bilər. Kolumbiyada oynamaq bizə heç bir problem yartamayacaq. Bizim dilimiz və mədəniyyətimiz eynidir. Özümüzü evimizdəki kimi hiss edəcəyik”
Qeyd edək ki, F qrupunda qərarlaşan İspaniya millisi Azərbaycan, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi