"Kəpəz"in zədəliləri "Qəbələ"yə qarşı oynaya biləcək?

13:26 - 20 May 2016

Hər ikisi oyunu buraxacaq
 
Azərbaycan Premyer Liqasının XXXVI turunda Gəncə şəhər stadonunda “Qəbələ” ilə görüşəcək “Kəpəz” iki futolçunun əməyindən istifadə edə bilməyəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın meydana çıxması sual altında olan əsas heyət üzvləri Julien Ebah və Namiq Ələsgərovun son durumuna aydınlıq gəlib. “Zirə” ilə səfər oyununda zədələnən hər iki futbolçu oyunu buraxacaq. Həftə ərzində müalicə olunan oyunçuların vəziyyətinə son müayinədən sonra aydınlıq gəlib və tibbi personalın qərarı müsbət olmayıb.
 
Onu da qeyd edək ki, Tərlan Quliyev cəza müddətini başa vurduğundan “Qəbələ” ilə qarşılaşmada oynaya biləcək.

Xəbər xətti