"Partizan" mənə rəsmi təklif göndərməyib"
"Zirə"nin hücumçusu Nelson Bonilla cəzalı olduğu üçün rəhbərlikdən icazə alaraq ölkəsi - Salvadora gedib. 26 yaşlı futbolçu Salvadorun Peru və Ermənistanla keçirəcəyi yoldaşlıq oyunlarına dəvət alıb.
Sportal.az "El Grafico"ya istinadən xəbər verir ki, adı Serbiyanın "Partizan" klubu ilə hallanan Bonilla söz-söhbətlərə aydınlıq gətirib:
"Mən ilk olaraq "Zirə" ilə masaya oturacam. "Partizan" mənə rəsmi təklif göndərməyib. Bu xəbərlərdən məlumatsızam".
saytlarin hazirlanmasi