"Uotford" Matsariyə tapşırılıb
İngiltərə Premyer Liqasında yeni baş məşqçi təyinatı reallaşıb.
Sportal.az xəbər verir ki, "Uotford"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Belə ki, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssis Ualter Matsari ilə razılığa gəlib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. 54 yaşlı mütəxəssis bu postda Kike Floresi əvəzləyib.
Qeyd edək ki, "Uotford" mövsümü 45 xalla turnir cədvəlinin 13-cü pilləsində başa vurub.
saytlarin hazirlanmasi