Arşavin Stamenkoviçin qapısından iki qol keçirdi, Sxadadzenin komandası böyükhesablı qələbə qazandı VİDEO

13:10 - 22 May 2016

6 cavabsız qol
 
Qazaxıstan Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Kayrat" "Neftçi"nin sabiq qolkiperi Saşa Stamenkoviçin şərəfini qoruduğu "Okjetpes"i 6:0 hesabı ilə darmadağın edib. Qələbə sayəsində xallarını 20-yə çatdıran "Kayrat" 3-cü pilləyə yüksəlib. Eyni xala malik olan "Okjetpes" isə 4-cü pillədədir.
 
Qeyd edək ki, ulduz futbolçu Andrey Arşavin bu matçda rəqib qapısından iki top keçirib.
 

Xəbər xətti