"Zarya"nı məğlub etməklə
Ukrayna kubokunun qalibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, həlledici – final matçında "Zarya” və "Şaxtyor” komandaları üz-üzə gəlib. Qarşılaşma Donetsk təmsilçisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Şaxtyor” ardıcıl 3-cü dəfə, tarixi ərzində isə 14-cü dəfə kuboku başı üzərinə qaldırmağı bacarıb.
Bu matçla Donetsk təmsilçisi sonucu dəfə Mirça Luçeskunun rəhbərliyi altında oynayıb. Təcrübəli rumıniyalı mütəxəssis yaxın günlərdə 12 il çalışdırdığı "Şaxtyor”u tərk edəcək.
Qeyd edək ki, Luçesku "Şaxtyor”u çalışdırdığı dönəmdə 8 dəfə Ukrayna çempionluğunu, 6 dəfə Ukrayna kubokunu, 7 dəfə Ukrayna superkubokunu və 1 dəfə UEFA kubokunu qazanıb.
"Zarya" - "Şaxtyor" 0:2
QOLLAR: Aleksandr Qladki, 42, 57
saytlarin hazirlanmasi