Lui van Qal: "Hər şey bitdi"

18:54 - 22 May 2016

Komandanın qaldığı oteli tərk edib

 

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal İngiltərə kubokunun finalında "Kristal Peles"lə keçirilən matçdan (2:1) sonra postundan getdiyini bildirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis komandanın qaldığı oteli tərk edib. 64 yaşlı mütəxəssis oteldən ayrılarkən "Sky Sports"un müxbirinə verdiyi qısa açıqlamada "hər şey bitdi" deyib. Klubdan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Britaniya mətbuatı "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcı Joze Mourunyo ilə razılığa gəldiyini bildirir.

Xəbər xətti