"Olimpiya" klubu 74 xal toplayıb
Sloveniya çempionatında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, son turda "Krka"nı 3- 0 hesabı ilə məğlub edən "Olimpiya" klubu 74 xal toplayaraq çempionluq kubokunun sahibi olub. Lyublyana təmsilçisi ən yaxın izləyicisi "Maribor"u 6 xal qabaqlayıb.
"Olimpiya"nın heyətində vaxtı ilə Azərbaycanda oynamış 2 futbolçu da çıxış edir. Belə ki, bir vaxtlar ölkəmizdə "Qəbələ"nin şərəfini qoruyan Deyan Kelhar və "Neftçi" və "Xəzər Lənkəran"dakı çıxışı ilə yadda qalan Julius Vobay da komandalarının çempionluqlarında pay sahibi olub.