"Hakimlik özbaşınalığı baş alıb gedir"
Hakimlər Komitəsnin sədri Xaqani Məmmədov mətbuata açıqlamasında "Rəvan" - "Xəzər Lənkəran" (2:2) matçında baş hakimin Ramil Diniyevin təyin etdiyi gülməli penalti qərarında haqlı olduğunu bildirmişdi.
Bu məsələylə bağlı beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında münasibət bildirib:
"Bu mövzü çox müzakirə olunur. Kimin nə deməyindən asılı olmayaraq hər şey göz qabağındadır. Elə penalti təyin etmək hakimlik adına biabırçılıqdır. Buna haqq qazandırmaq isə iki qat biabırçılıq. Neçə illərdir yüksək şəraitin yaradılmasına baxmayaraq hakimlik özbaşınalığı baş alıb gedir. Bununda son nöqtəsi çempionatın son turunda, "Rəvan"- "Xəzər Lənkəran" oyununda baş verdi".
saytlarin hazirlanmasi