Bonilla daha bir mövsüm "Zirə"də

00:36 - 23 May 2016

Futbolçu komandada qaldı
 
"Zirə”nin futbolçusu Nelson Bonillanın gələcək karyerası ilə bağlı bütün suallara aydınlıq gəlib.
 
Adı Serbiyanın "Partizan” klubu ilə hallanan Salvador milli komandasının üzvü növbəti mövsümdə də "qartallar”ın uğurları üçün çalışacaq. Bu barədə Sportal.az-a açıqlamasında komandanın məşqçisi Ayxan Abbasov məlumat verib.
 
Qeyd edək ki, Nelson Bonilla mövsümün əvvəlində "Zirə”yə cəlb olunmuşdu və onunla 1+1 illik müqavilə imzalanmışdı. 25 yaşlı hücumçu komandanın heyətində keçirdiyi 29 oyunda 14 qol vurmuş və Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün ən yaxşı ikinci bombardiri olmağı bacarmışdı. 

Xəbər xətti