"İnter"in sabiq forvardı karyerasını başa vurdu FOTO

17:31 - 23 May 2016

"Şukura Kobuleti" ilə keçirilən qarşılaşma vida matçı olub

 

"İnter"in sabiq futbolçusu Aleksandr İaşvili karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, Gürcüstan çempionatının son turunda "Şukura Kobuleti" ilə keçirilən qarşılaşma Tbilisi "Dinamo"sunun şərəfini qoruyan təcrübəli futbolçu üçün vida matçı olub. Bu matçdan sonra həm də "Dinamo"ya çempionluq kuboku təqdim olunub.

 

Qeyd edək ki, 2013/2014-cü il mövsümündə "İnter"in şərəfini qoruyan İaşvili karyerası ərzində "Bohum", "Frayburq", "Karlsue" kimi Almaniya klublarında çıxış edib.

 

Xəbər xətti