"Qarabağ" və "Sumqayıt" mükafatlandırıldı FOTO

17:58 - 23 May 2016

Gümüş və bürünc medallar

 

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümündə  gümüş medalçı “Qarabağ” və bürünc medalın sahibi “Sumqayıt” mükafatlandırıldı.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil olunan mərasimi giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov komandalara uğurlar arzuladı. Medalları isə Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim etdi.

 

Xəbər xətti