"Zirə" Bakıda başlayıb Türkiyədə davam edəcək

00:28 - 24 May 2016

Komandanın hazırlıq planı məlum oldu
 
Premyer Liqanı gümüş medallarla başa vuran “Zirə” təlim-məşq toplanışını ölkə xaricində keçiriəcək.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti mövsümə Türkiyədə hazırlaşacaq. İyunun ikinci "10 günlüy"ündə bir araya gələcək komanda təxminən 10 gün Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə yola düşəcək. Qardaş ölkənin hansı bölgəsində hazırlıq keçəcəyi isə yaxın günlərdə məlum olacaq.
 
Xatırladaq ki, Premyer Liqanın debütantı olan “Zirə” mövsümü 62 xalla ikinci pillədə başa vurub.

Xəbər xətti