"Mən ona görə belə qərar qəbul etdim"
Xəbər verdiyimiz kimi, Premyer Liqanın sonuncu – XXXVI turunda baş tutan "Rəvan” – "Xəzər Lənkəran” oyununda ciddi hakimsəhvi qeydə alınıb. Belə ki, matçın sonuna yaxın baş hakim Ramil Diniyev "Xəzər Lənkəran”ın qapısına olmayan penalti təyin edib. Nəticədə "Rəvan” hesabı bərabərləşdirib və "Xəzər Lənkəran”ın soncu pillədə qərarlaşması rəsmiləşib. Sözügedən oyunda yaranan qalmaqalla bağlı daha sonra açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hakimin düz qərar verdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, lakin bu gün "Xəzər TV”də yayımlanan "Futbol Saatı” proqramında Xaqani Məmmədov hakimin səhv qərar verdiyini və həmin epizodda penalti olmadığını vurğulayıb:
"Həmin oyun baş tutan günü "Sumqayıt” – "Neftçi” oyununda hakim-insektor idim. Həmin oyun çox gec – saat 19:00-da başlamışdı. Təbii ki, mən öz oyunumda idim. Oyun 21:00-da başa çatdı və oyundan sonra öz idarəçiliyimizi müzakirə etdik. Daha sonra isə bu hadisələrdən xəbərim oldu. Oyunun baş hakimi ilə danışdım. Ramil Diniyev mənə bildirdi ki, "Xəzər Lənkəran”ın futbolçusu rəqibin sinəsinə yumruqla vurdu. Mən ona görə belə qərar qəbul etdim. Təxminən 1 saat sonra həmin epizodu mənə göndərdilər. Həmin epizoda telefon vasitəsiylə baxdım. Bilirsiniz ki, telefonun monitor çox balacadır və orada ayırd etmək olmur. Hakimin dediyini esas götürəndən sonra, mənə də elə gəldi ki, penaltidir. Amma sonra – ertəsi gün biz geniş şəkildə, yoldaşlarla bir yerdə bütün rakuslardan epizoda baxdıq və qayda pozuntusunun olmadığına qərar verdik. Həmin epizodda hakimin olduğu mövqe müəyyən qədər uyğun deyildi. Əgər hakim bir az uyğun mövqedə dayansaydı, yəqin ki, penalti təyin etməzdi”.
saytlarin hazirlanmasi