6 illik həbs olunan futbolçu bərbər oldu

11:11 - 24 May 2016

Artıq ayaqyolunun təmizlik işlərinə baxmır
 
Azyaşlı qızla cinsi əlaqədə olduğu üçün 6 illik həbs cəzası alan İngiltərə millisinin sabiq futbolçusu Adam Conson cəzaçəkmə müəssəsində yeni iş təyinatı alıb.
 
Sportal.az xəbər verir ki, ilk günlər dustaqlar tərəfindən döyülən Conson həbsxanada bərbər kimi çalışacaq. Gündəlik 6 saatlıq iş rejimi olan sabiq futbolçu həftəlik 20 funt-sterlinq qazanır. Daha əvvəl ayaqyolunun və yataqxananın təmizlik işlərinə baxan Concon həftəlik 11 funt-sterlinq qazanırdı.
 
Qeyd edək ki, Adam Conson çıxış etdiyi "Sanderlend"də həftəlik 60 min funt-sterlinq qazanırdısa, həbsxanada bərbərlik edərək 11 funt-sterlinq məvacib alır.

Xəbər xətti