Adı "Neftçi" ilə hallanan məşqçiyə İsraildən sərfəli təklif gəldi

19:08 - 24 May 2016

"Makkabi"dən 1,5 milyonluq təklif

 

Azərbaycanda keçirilən 17 yaşlılardan ibarət komandaların Avropa çempionatının final matçını izləmək üçün Bakıya gələn Şota Arveladzenin "Neftçi" ilə danışıqlar apardığı deyilirdi.

 

Sportal.az xəbər verir ki, gürcü çalışdırıcıya daha bir təklif İsraildən gəlib. Belə ki, bu ölkənin "Makkabi" Tel-Əviv klubu yeni mövsümdə iddialı olmaq üçün baş məşqçi postuna Arveladzeni gətirmək istəyir. 43 yaşlı mütəxəssislə "Neftçi"nin də maraqlandığı üçün İsrail təmsilçisi ona 1,5 milyon avroluq müqavilə təklif edib.

 

"Makkabi"nin  təklifindən Şota Arveladzenin Tel-Əviv klubu ilə razılaşacağı və yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Xəbər xətti