"Fənərbaxça"nın futbolçusuna ağır cəza: Avrokuboklarda iştirak etməyəcək

21:35 - 24 May 2016

Cəzalar məlum oldu
 
UEFA "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra və futbolçular Alper Potuk və Volkan Şeni cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna sözügedən şəxslərin Avropa Liqasının 1/8 finalının finalında "Braqa"ya qarşı cavab matçında etdiyi hərəkətlər səbəb olub. Rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alan A.Potuk 3 oyunluq cəzalanıb. Tribunaya göndərilən V.Pereyraya 1 matçlıq cəza tətbiq olunub.
 
Ən ağır cəza V.Şenə verilib. Qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edən zaman qarşılaşmanın hakimi İvan Bebeki itələyən V.Şen  2016-cı il dekabrın 31-dək UEFA-nın təşkil etdiyi bütün turnirlərdən uzaqlaşdırılıb. Bundan başqa, "Fənərbaxça" 15 min avro məbləğində cərimələnib.

Xəbər xətti