1 qol bəs etmədi
Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu evdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nasr" komandasını qəbul edib. İlk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzan "Traktor Sazi" doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa yaxın olub. Lakin təbrizlilərə bir qol çatmayıb. Oyun 3:1 hesabı ilə “Traktor Sazi”nin xeyrinə başa çatıb. Bu nəticə ilə “Əl Nəsri” mərhələni adlayıb. Təbriz klubu isə mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi