Polis təzyiqi davam edir
Azərbaycan kubokunun final oyunundan sonra qalmaqal baş verib.
Sportal.az xəbər verir ki, hadisə təltifetmə mərasimi başlamamışdan öncə baş verib. Belə ki, 6-cı sektorda əyləşmiş "Qarabağ" azarkeşləri qələbə sevincini yaşamaq üçün futbolçulara tərəf gedən zaman, polisin təzyiqinə məruz qalıblar. Bundan sonra tərəflər arasında toqquşma baş verib.
Polis azarkeşlərin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etməklə yanaşı, bəzi azarkeşlərə qarşı zor tətbiq edib. Hadisə zamanı "İmarət" fan klubunun üzvlərindən xəsarət alanlar var. İki nəfər azarkeş isə həbs olunub. "Qarabağ" klubunun rəhbərliyinin müdaxiləsindən sonra həbs edilmiş azarkeşlər azad olunub.
Fan klubdan verilən məlumata görə, aralarında azyaşlının da olduğu 10 nəfərə yaxın azarkeş 1 Nömrəli Klinik Xəstəxanaya yerləşdirilib.
saytlarin hazirlanmasi