"Qarabağ"ın futbolçusu "Sumqayıt"da

20:01 - 26 May 2016

1 illik müqavilə
 
Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran "Sumqayıt" klubu "Qarabağ"da çıxış edən Fərhad Vəliyevlə anlaşıb.
 
Sportal.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sumqayıt" klubundan məlumat verilib. Məlumata görə, artıq 36 yaşlı qolkiperlə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə imza atılacaq.
 
Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev isə paytaxta qayıtdıqdan sonra "İnter"lə müqavilə imzalayacaq.

Xəbər xətti