Oyunu 23000 azarkeş izləyib
2015/16 mövsümünün son oyunu rekordla əlamətdar olub.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun “Qarabağ”la “Neftçi” arasında final görüşü ölkəmiqyaslı yarışlarda mövsümün ən çox tamaşaçı toplayan matçı olub.
Ağdam təmsilçisinin əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldiyi oyunu 23000 azarkeş izləyib. Bunadək başa çatan 2015/16 mövsümünün rekordu Premyer Liqada qeydə alınıb.
Bu il fevralın 14-də Gəncədə keçirilən “Kəpəz” – “Qarabağ” görüşündə (1:2) 20400 tamaşaçı toplanıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda bundan 2600 azarkeş artıq olub. Başa çatan mövsümdə finaladək ən çox tamaşaçı toplayan kubok matçı isə 1/4 finala təsadüf edib. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı ilk görüşü (3:2) Lənkəran şəhər stadionunda 4500 azarkeş izləyib.
Respublika stadionundakı matçda qeydə alınan nəticə Azərbaycan kuboku tarixinin 3-cü göstəricisidir. 2009/10 mövsümünün elə bu stadiondakı finalında “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını (2:1) rekord sayda - 26000 azarkeş izləmişdisə, 2010/11 mövsümünün “İnter”lə “Xəzər Lənkəran” arasında həlledici matçında (1:1, pen. 2:4) 24000 tamaşaçı toplayıb.
saytlarin hazirlanmasi