2 oyunluq cəza
FİFA Xorvatiya milli komandasını cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb xorvat azarkeşlərin irqçi süarlar səsləndirməsi olub. FİFA-nın rəsmi saytında verilən məlumata görə bu ilin may ayında Xorvatiya millisinin Macarıstan və İsraillə keçirdiyi hazırlıq qarşılaşmalarında azarkeşlər irqçi şüarlar səsləndirib.
Buna görə Xorvatiya 2 oyunluq cəzalandırılıb. Milli komanda DÇ:2018-nın seçmə mərhələsi çərçivəsində Türkiyə və İrlandiya ilə matçları boş tribunalar önündə oynamalı olacaq. Bundan başqa Xorvatiya Futbol Federasiyası 150 min avro cərimə ödəməli olacaq.
saytlarin hazirlanmasi