"Simurq"un mətbuat katibinə yeni vəzifə verildi

13:23 - 28 May 2016

Sumqayıt Texnologiyalar Parkına mətbuat xidməti təyin olunub
 
Sumqayıt Texnologiyalar Parkına (STP) yeni mətbuat xidməti təyin olunub.
 
Sportal.az xəbər verir ki, bu vəzifəyə Rüstəm Əbülfət oğlu Allahverdiyev təyin edilib.
 
Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatın tərkibində mətbuat xidməti yaradılıb.
 
Qeyd edək ki, Rüstəm Allahverdiyev 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
 
İndiyədək müxtəlif qəzetlərdə müxbir, dövlət və özəl müəssisələrin mətbuat xidmətlərində işləyib. "Simruq" klubu dağılana qədər mətbuat xidmətinin rəhbəri olub. (Report)

Xəbər xətti