Makedoniya millisinin futbolçusu: "Çalışacağıq ki, bu oyunda qələbə qazanaq"

13:47 - 28 May 2016

"Onların Andorra ilə keçirdikləri matçı izlədik"
 
Sabah milli komandamız Makedoniya ilə yoldaşlıq matçı keçirəcək.
 
Sportal.az xəbər verir ki, Makedoniya yığmasının və "Riyeka"nın sol cinah müdafiəçisi Leonard Juta millimizlə keçirəcəkləri haqda danışıb:
 
"Azərbaycan yığmasının heyətində gənc futbolçular çoxluq təşkil edir. Onların Andorra ilə keçirdikləri matçı izlədik. Azərbaycan bizə tanış rəqibdir. Fikrimcə, sabah biz yaxşı oyun nümayiş etdirəcəyik. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq"
 
Qeyd edək ki, Azərbaycan və Makedoniya yığmaları arasında baş tutacaq yoldaşlıq matçı sabah 19:00-da baş tutacaq.

Xəbər xətti