Şehiç izlədi, İspaniya qalib gəldi VİDEO

13:17 - 30 May 2016

Yoldaşlıq matçı
 
"Qarabağ"ın futbolçusu İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Herseqovina millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, bosniyalılar İspaniya ilə üz-üzə gəlib. Matç ispanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç görüşün iştirak ərizəsinə salınıb. Lakin "Çelsi"nin qapıçısı Asmir Beqoviçin çərçivədə durduğu matçda məşqçilər korpusu Şehiçə şans verməyib.
 
İspaniya 3 - 1 Bosniya və Herseqovina
 
QOLLAR: Nolito, 11, 18, Pedro Rodrqies, 90 - Emir Spahiç, 29
 

Xəbər xətti