14-cü çempionluq
Moldovada 2015/2016 mövsümün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "qızıl oyun"da "Şerif" və "Daçiya" klubları üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə "Şerif"in qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Şerif" tarixində 14-cü dəfə Moldova çempionu adını qazanıb.
"Şerif"in heyətində "Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç də çempionluq sevinci yaşayıb. 27 yaşlı futbolçu "qızıl oyun"da 62-i dəqiqə meydanda olub. O, bu görüşdə fərqlənə bilməsə də, 12 qolla çempionatın bombardiri adını qazanıb.
Qeyd edək ki, 2013/2014 mövsümündə "Qəbələ"də çıxış edən Subotiç keçirdiyi 29 oyunda 12 qol vurub.
saytlarin hazirlanmasi