Raşford və Ceksonla
İngiltərənin "Mançester Yunayted” klubunda yeni müqavilələr imzalanıb.
Sportal.az xəbər verir ki, Joze Mourinyonu baş məşqçi postuna gətirən "qırmızı şeytanlar” gənc futbolçular və klubun yetirmələri – Markus Raşford və Bortvik Ceksonla yeni müqavilə imzalayıb. Klubun rəsmi saytında yer alan xəbərə görə hər iki futbolçu 2021-ci ilin yayına qədər "Mançester Yunayted”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Raşford İngiltərinin əsas, Cekson isə 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.