"Porto"nun baş məşqçisi məlum oldu

00:30 - 31 May 2016

Nunu Eşpiritu Santuya gətirilib

 

"Porto" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sporta.az xəbər verir ki, komandanın sükanı arxasına Nunu Eşpiritu Santuya gətirilib. O, bu vəzifədə Joze Pereyranı əvəz edəcək. Təcrübəli mütəxəssisin yeni həftədən işə başlayacağı bildirilir. Ancaq hələlik müqavilənin detalları açıqlanmır. 
 

Qeyd edək ki, 42 yaşlı mütəxəssisinin son iş yeri İspaniyanın "Valensiya" klubu olub.

Xəbər xətti