"Azərbaycan millisi bizə qarşı fərqli oynayacaq"

14:42 - 31 May 2016

"Təcrübəmizi artırmaq üçün yaxşı şansdır"
 
Kanada millisinin baş məşqçisi Benito Floro millimizlə keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis oyuna ciddi yanaşdıqlarını bildirib:
 
"Azərbaycan millisi 2 oyun keçirib və qələbə qazana bilməyib. Fikrimcə, onlar bizə qarşı tam fərqli oynayacaqlar. Bu oyuna ciddi yanaşırıq və bizim təcrübəmizi artırmaq üçün yaxşı şansdır".
 
Qeyd edək ki, Azərbaycan - Kanada görüşü iyunun 3-ü keçiriləcək.

Xəbər xətti