Andorra klubu dünya və Avropa çempionunu transfer etdi

00:30 - 1 İyun 2016

Kapdevilya "Santa Koloma" ilə müqavilə imzaladı
 
Andorra çempionatında mösümün qalibi olan "Santa Koloma" klubu sabiq dünya və Avropa çempionunu transfer edib.
 
Sportal.az xəbər verir ki, məşhur ispaniyalı futbolçu Xuan Kapdevilya karyerasını bərpa edib. Ötən mövsüm zədə səbəbindən futboldan getdiyini açıqlayan müdafiəçi yenidən yaşıl meydanlara qayıdıb. 38 yaşlı futbolçu son Andorra çempionu olan "Santa Koloma" ilə müqavilə imzalayıb.
 
Xatırladaq ki, Xuan Kapdevilya İspaniya millisinin heyətində 2008-ci ildə Avropa çempionluğunu, 2010-cu ildə isə dünya kubokunu qazanmışdı.

Xəbər xətti