"Portu"nun yeni baş məşqçisi müəyyənləşdi

00:55 - 2 İyun 2016

İki illik müqavilə imzalandı
 
"Portu"nun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçi vəzifəsinə Nunu Eşpiritu Santu gətirilib. O, bu vəzifədə Joze Pereyranı əvəzləyib. 42 yaşlı mütəxəssis "əjdahalar"la iki illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Nunu Eşpiritu Santunun son iş yeri "Valensiya" olub.

Xəbər xətti