"Mançester Siti" "Borussiya"nın futbolçusunu transfer etdi RƏSMİ

12:34 - 2 İyun 2016

4 illik müqavilə imzalandı
 
Transfer çalışmalarını davam etdirən "Mançester Siti" ilk transferini reallaşdırıb.
 
Sportal.az xəbər verir ki, "şəhərlilər" "Borussiya" Dortmundun yarımmüdafiəçisi İlkay Gündoğanı transfer edib. 25 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
 
Gündoğanın transferi "Mançester Siti"yə 21 milyon funt-sterlinqə başa gəlib.

 

Xəbər xətti