"Avropadakı toplanış çox vacibdir"
Milli komandamızla hazırlıq matçında qarşılaşacaq Kanada yığmasının baş məşqçisi Benito Floro ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hazırlıq matçlarının yaxşı sınaq olacağını bildirib: "Avstriyadakı toplanış çərçivəsində Azərbaycan və Özbəkistanla qarşılaşacağıq. Hər iki oyun bizim üçün yaxşı sınaq olacaq. Avropadakı toplanış çox vacibdir. Çünki biz oyun praktikası qazanmaq və taktiki gedişləri sınaqdan keçirmək imkanı qazanırıq."
Qeyd edək ki, Azərbaycan və Kanada milli komandaları arasında qarşılaşma sabah baş tutacaq.
saytlarin hazirlanmasi