2 illik müqavilə imzalandı
İngiltərə Premyer Liqasını tərk edən "Aton Villa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, növbəti mövsümdən etibarən Çempionşipdə mübarizə aparacaq komandanın baş məşqçi postuna italiyalı mütəxəssis Robert Di Matteo gətirilib. 46 yaşlı çalışdırıcı Birmingem təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Robert Di Matteonun son iş yeri "Şalke" olub.
saytlarin hazirlanmasi