Almaniya millisinin üzvü "tülkü" oldu FOTO

15:20 - 3 İyun 2016

4 illik müqavilə imzalandı
 
İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün qalibi olan "Lester Siti” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.
 
Sportal.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq komanda ilk transferini reallaşdırıb. Belə ki, "tülkülər" "Hannover”in və almaniya millisinin qapıçısı Ron-Robert Çileri transfer edib. 27 yaşlı qolkiper "Lester Siti" ilə 4 illik müqavilə imzalayıb.
 
"Tülkülər” bu transferə görə Almaniya klubuna 2,5  milyon funt-sterlinq ödəyib.
 

Xəbər xətti